“İlin Xalqı” məsələsi haqqında daha ətraflı.


15727277_10100386702521999_1933272537525188570_nAdnan Hacızadə

 

“İlin Xalqı” məsələsi haqqında daha ətraflı.
[Bu status saytlarda yalnız müəllifin icazəsi ilə çap oluna bilər.]

 

Hər il, Azərbaycanın müstəqillik günü ərəfəsində “Azərbaycan ilin xalqı elan olunmuşdu” ifadəsini eşidirik. Amma, kim tərəfindən, hansı əsaslarla, necə elan olunduğunu dəqiq heç kim deyə bilmirdi. Mən də daxil olmaqla, bir çox dostlarımız bu məsələyə skeptik yanaşırdıq və Meydan Hərəkatı zamanı mübarizə ruhunun qaldırılması üçün deyilən bir söz olduğunu düşünürdük.

Keçən il, yenidən bu ifadəni eşidəndə məsələni araşdırmağa qərara gəldim. Stokholmda təhsil alan Elnur Sadiqov da bu məsələdə yardımçı oldu. Meydan TV-nin əməkdaşlarını da araşdırmaya qoşduq.

İlk sualımız “bizi ilin xalqı kim elan edib?” idi. Son 27 il ərzində hallanan bir neçə versiya olub: Yaponlar, Amerikanın “Time” jurnali, Almaniyanln “Der Spiegel” jurnalı, BMT, və hətta “Guinness” Rekordlar Kitabı.

Meydan hadisələrinin fəal iştirakçısı, tarixçi Arif Yunus bunun “Time” jurnalı tərəfindən edildiyini və həmin nömrənin bir nüsxənin xarici jurnalistlər tərəfindən ona və Leyla Yunusa hədiyyə verildiyini demişdi. Arif bəyin sözlərinə görə, həmin nüsxə Xalq Cəbhəsinin İdarə Heyətinin iclasında təqdim olunandan sonra it-bata düşdü.

Meydan TV-yə müsahibəsində Zərdüşt Əlizadə deyir ki, “Time” jurnalının 1989-cu ildə Azərbaycan xalqını “İlin xalqı” elan etməsi barədə xəbəri ilk dəfə AXC-nin 6 yanvar konfransı zamanı özü çatdırıb.

Ədalət Tahirzadə isə məşhur “Meydan 4 il, 4 ay” kitabında qeyd edir ki, Azərbaycanı ili xalqı “Newsweek” jurnalı elan etmişdi və bunu tribunadan Zərşdüşt Əlizadə elan etmişdi.

Columbia Universitetinin kitabxana arxivindən istifadə edib “Der Spigel,” “Newsweek” və “Time” jurnallarının 1989-cu il üzrə bütün nömrələrinə göz gəzdirəndə “Newsweek” jurnalının şəkildə gördüyünüz nüsxəsini tapdım . Üz qabığında Bakıdakı etiraz aksiyasının fotosu (müəllifi Robert White) və “People of the year” başlığı yerləşdirilib. Nömrə 1989-cu ilin 25 dekabrında dərc edilib.

İndi isə əsas məsələ.

Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb. Bu söhbət tam düzdür və təsdiqini tapdı. Amma jurnalın içində Azərbaycanın “İlin Xalqı” elan olunması və ya ümmumiyətlə Azərbaycan haqqında heç bir şey yazılmayıb.

“Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edən hər kəsi “İlin Adamları” elan etmişdi. Həmin nömrədə Çin, Polşa, Baltikyanı ölkələr, Macarıstan və Almaniya haqqında məqalələr var. Amma, bizim haqda heç bir qeyd yoxdur. Üz qabığındakı fotoda Bakıdakı etirazın olması belə yazılmayıb. Güman edirəm ki, Bakı fotosunu seçilməsinin səbəbi, fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olmasıdır. Bu foto həmin ildə dünyada komunizmə qarşı xalqların etirazını sözlərsiz gözəl ifadə edirdi.

Nəticədə nəyə gəlirik? 1989-cu ildə, hərəkat zamanı bu jurnalı görənlər üz qabığındakı foto və başlıqdan məntiqli bir nəticəyə gəlmişdilər. Amma, jurnal it-bata düşdüyündən, onun içini oxuyub, məsələnin tam mahiyyətini araşdırmaq mümkün olmamışdı.

Yeri gəlmişlən, bu jurnallara baxanda Azərbaycan barəsində olan bütün xəbərləri oxudum. Həmin xəbərlərdə Azərbaycan Meydan Hərəkatından daha çox Ermənistanla münaqişə rakusundan tanınmışdı. Bundan əlavə, demək olar ki, bütün xəbərlərdə Ermənistanı haqlı obrazda təqdim edirdilər. Səbəbi nə idi? Din faktoru? Diaspora? Məlumat müharibəsi? Bəlkə də hər üçü. Dəqiq heç kim deyə bilməz. Amma, haqqında danışdığımız jurnalın üz qabığındakı fotonun Azərbaycanda çəkildiyini qeyd edilməməsi də yəgin həmin səbəblərə görədir.

Hər bir halda, bu şəklin belə bir tanınmış jurnalın üz qabığında çıxmasının səbəbi Bakıda olan etirazların insan sayına görə dünyada ən böyüklərdən olduğundandır. Bizdə olan mitinqlərin möhtəşəmliyi səbəbindən, 1989-cu ildə bütün dunyanı bürümüş etiraz dalğasını rəmzi kimi məhz Bakıdakı mitiqin şəkli seçilmişdir və dolayı olaraq həmin meydanda olan bütün insanlar Newsweek jurnalı tərəfindən İlin Adamları seçilmişdir. Amma, etirazlar yalnız Bakıda olmadığından, dünyanın hər bir yerində totalitar rejimlərə etiraz edən hər kəsi ilin adamı elan edilmişdi. Azərbaycanlılar da onların arasında idi.

Bu slaydşou üçün JavaScript lazımdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma