Cəlilin “Qadın corabları”…


Uzun müddətdən sonra yenidən bloqumu işə salmağı qərara almışam. Bundan belə ciddi bildiyim mövzular haqqında bloq yazıları yazacağam.

 

Giriş

 

İlk öncə Cəlil Cavanşir mənim üçün kimdir onu qeyd edim sizin üçün.

Cəlil mənim üçün yaxın bir dost, böyük qardaş, problemim olanda zəng edə biləcəyim tək-tük insanlardan biridir.

Onunla tanışlığım kulis.az-ın Sahil metrosunun yanında yerləşən ofisindən başlayıb, Oğuza, Bakıya, hətta Nida Vətəndaş Hərəkatına qədər davam edib.

Bu gün mən uzaqlardan bu yazını yazsam da Cəlil ilə yenə də yaxınıq.

 

“Qadın Corabları”

 

“Qadın corabları” romanı hələ çapdan əvvəl mənim əlimdə, daha doğrusu, kompüterimin yaddaşında idi. Sonradan müəllif romana dəyişikliklər etdiyini dedi və köhnə versiyanı oxumamağı məsləhət gördü.

Roman  çapdan çıxarkən isə ölkə xaricində olduğumdan kitabı yenidən “pdf” versiyada oxumaq məcburiyyətində qaldım.

Əsərin dili həddən artıq axıcıdır. İnsanı heç yormur, kitab elə axıcıdır ki, necə başlayıb bitdiyindən xəbərin olmur.

Mən əsəri ekranı çox kiçik olan Sony Xperia telefonunda oxudum. Ciddi əziyyət çəkdim, ancaq maraq məni bürüdüyündən bu əziyyətə qatlandım.

Əsər şair Nicat Aslanın intiharı ilə başlayır və onun psixoloq dostu Orxanın ölümün səbəblərini araşdırması ilə davam edir.

Müəllif isə arada bir Orxana müraciət edərək ona yol göstərir və ya ağsaqqallıq edir.

Orxan şairin bütün qadınlarıyla əlaqə saxlayır və cinayətin necə baş verdiyini araşdırmağa çalışır.

Əsərin sonunda isə Şairin Könülün həyat yoldaşı Hikmət tərəfindən qətlə yetirildiyini tapır psixoloqumuz.

Bütün bunlar davam edərkən əsərdə başqa maraqlı məsələlər  baş verir. Məsələn, aktivistlərin arasına daxil olmuş stukaç Hikmət (Könülün əri) inqilab aşiqlərinə publarda qonaqlıqlar verir, onları narkotiklərlə təmin edir. Həyat yoldaşı Könülün sayəsində aktivistlərlə daha da yaxınlaşır və sair və ilaxır.

Mən əsəri tənqid etmək fikrində deyiləm.

Azərbaycanda yazarların nə vəziyyətdə yaşadığını hamınız, hamımız bilirik.

Yaşamaq üçün köşə yazmağa, boş-boş adamlardan müsahibə almağa, lazımsız yerlərdən reportaj hazırlamağa məcbur olan yazıçıdan necə dünya səviyyəli əsər gözləmək olar axı?

Məhz Cəlil də bu proseslərin içində yaşayan bir adam kimi öz kitab antologiyasını artırmaq üçün daha bir kitab yazıb.

Bu kitaba əla demək olmaz. Mövzu əla olduğu halda yazar bir çox yerlərin üzərindən sadəcə bir cümlə ilə keçib.

Məsələn, Hikmətin həyat yoldaşı Könülün aktivistlərlə qrup sekslə məşğul olub, şair Nicat Aslana-sevgilisinə xəyanət etməsini şairin də bu xəyanətin düz üstünə gəlib çıxmasını niyə yazmayıb görəsən?

Ancaq bu kitabı ona görə oxumaq olar ki, dili çox əladır, bütün proses gözümüzün qarşısında baş verib.

Ümumiyyətlə, əsərdə şair Nicat Aslanın ölümündən başqa, demək olar ki, bütün hadisələr real həyatda baş verib.

Əsərin qəhrəmanlarıdan bir-ikisini çıxmaqla bütün obrazlar realdır və Cəlilin də mənim də ortaq dostlarımızdır və ya dostlarımız olublar.

Cəlilin bu əsəri mənə uzaqdan-yaxından Əli Əkbərin “Sarı gəlin”ini xatırlatdı. O əsəri də oxuyanda bir çox personajları tanımaq olurdu. Ancaq siyasi-ictimai proseslərdən uzaq bir adama istər “Sarı gəlin”i, istərsə də “Qadın corabları”nı oxutsan heç nə anlamayacaq.

Müəllifə bu əsərdə göstərdiyi cəsarət və şücaətdən dolayı təşəkkür edirəm. Hər halda bu əsəri o qəhrəmanlar da oxuyacaq. Oxuduqlarından sonra üzlərindəki ifadəni görməyi çox istərdim.

İctimai sektorda olan, üstəgəl facebook əjdahalarına bu əsəri oxumağı şiddətlə tövsiyə edirəm.

Uğurlar.

Etibar Salmanlı (Etibarli)

19 Avqust 2014

ABŞ, Weymouth

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma