Buz üstündə seks


Nə vaxta qədər Azərbaycan oxucusuna Şimal Buzlu okeana gedən və qayıtmayan yazarın elmi əsərini bu adla oxutduracayıq: “Buz üstündə seks”.

Adını çəkmək istəmədiyim bir rus yumoristi rus dilində nəşr olunan “Pəri xala və Lenin” satirik jurnalında uzanıb yazıb ki, guya dünyada ən çox “Yanıq Kərəm” doğan Azərbaycan qadınlarıdır. Fikrini də onunla əsaslandırıb ki, Mark Zükerberqin bu “Facebook” adlandırdığı “şeytan əməlində” bizim mətbuatı izləyəndən sonra bu qənaətə gəlib. Müsahibədən bəzi çıxarışları oxucularımıza təqdim edirik: “Bakıda qonaq olarkən hansı yerli internet saytına girirdimsə, qənşərimə mütləq ayrı millətlərdən olan köndələn uzanmış beş-altı ədəd lüt qız şəkli çıxırdı.

Tutalım ki hansısa xəbər saytı faciəvi bir xəbəri car çəkir və tikəsi qulağı boyda olan adamların şəklini çap edir ki, İraqda, Suriyada, Sudanda, Misirdə, Dəvədələyistanda ucdantutma terror aksiyaları törədilib, buyurun baxın. Sən də hoteldə oturub faciə qurbanlarının halına acıya-acıya, hətta bir az qəlbisınıq adamsansa, dəsmal götürüb ağlaya-ağlaya xəbəri oxuyursan.

Pah! Qəfildən qarşına sağ qolu dirsəyindən bir qarış yuxarı, sol qolu dirsəyindən bir qarış aşağı, sağ qıçı dizindən bir qarış yuxarı, sol qıçı dizindən bir qarış aşağı kəsilmiş, eynən onların rəhmətlik Babəkinə dönmüş bədbəxt bir müsəlmanın şəklinin altında lüt qız şəkli çıxır! Sən demə İraqda məsələn, üç yüz adamın terror nəticəsində öldürülməsi xəbərini  onların oxucularına oxutdurmaqdan ötrü mətbuatın  o əyrimçə lüt qızın şəklinə böyük ehtiyacı varmış. Deməli, o əyrimçənin şəkli olmasaymış, heç kim Kərkükdə qırılanların nakam aqibətinə acımayacaqdı”.

Müsahibəni oxuya-oxuya papağımı qabağıma qoyub fikirləşirəm ki, bizim bu seksual yanıqlığın faciəni oxucuların gözündə üstələməsi təkcə bizim ölkədə baş vermir, sən demə, informasiya agentlikləri dünyanın hər yerində oxucuların “yanıq Kərəm” damarını tutan intim texnologiyalardan yararlanırlar. Sadəcə, bizim saytlardakı “Yanıq Kərəm” hər şeyin şitini-şorunu çıxarıb; o, artıq adam balası kimi yanmır, cızdağı çıxır, elə bil. Məsələn, bizim yazar əgər yəhudi mənşəli alman yazıçısı Ştefan Svayqın “İstanbulun fəthi” əsərindən bir yazı hazırlayırsa və bu yazını oxutdurmaq istəyirsə, sayt rəhbərliyinin tövsiyyəsi ilə belə bir başlıqla razılaşmalıdır: “Yeniçərilər Bizansın paytaxtında nə qədər qadın zorlayıblar”. Ştefan-zad yaddan çıxacaq, hamı çörtkəsini qabağına qoyub, yazını oxuya-oxuya zorlanan qadınların sayını hesablayacaq. Halbuki yazıda, bəlkə də, heç bu barədə söhbət getmir.

Etiraf edim ki, bir oxucu kimi mən özüm də yeniyetməlik illərində oxuduğum kitablarda çox vaxt erotik səhnələr axtarırdım. Məmməd Səid Ordubadinin toğlu boyda olan iyirmi kiloluq “Qılınc və Qələm” romanını on üç yaşım olanda ona görə axıra qədər oxudum ki, orda bir səhnə vardı: Gəncə hakimi İnancın qızı Qətibə – bu ad təsadüfi seçilməyib, bircə hərfi dəyişsəniz özünüz hər şeyi görəcəksiniz – Hüsaməddin adlı sərkərdəni öz qara məqsədləri üçün istifadə edir və bunun müqabilində onu, yalnız yüngülvari öpücülərlə mükafatlandırır. Bu axmaq sərkərdə də əlini onun digər məhrəm yerlərinə uzatmaq istəyəndə, Qətibə deyir: “Dalısı sonra”. Səkkiz yüz səhifədən artıq olan bu kitabı, ancaq Qətibənin “dalısına” görə oxumuşam, görüm “dalısı” necə olacaq. Amma yeniyetməlik vaxtı olub bu söhbət. Dalısı isə belə oldu; məktəb direktoru kitabı qoltuğumda gördü, əlimdən alıb üç dəfə təpəmə zolladı ki, sənin nə yaşındı bunu oxuyursan? Get, dərslərini oxu.

İndi bu lüt qətibələrin şəkillərini də bizim oxucuların təpəsinə zollamaq lazımdır ki, nə vaxta qədər siz “dalısı sonra” düş

Photo by Elkhan Alieff

Photo by Elkhan Alieff

üncəsi ilə yazı oxuyacaqsınız? Nə vaxta qədər Azərbaycan oxucusu qlobal istiləşmə ilə bağlı araşdırma aparmaq üçün  durub burdan basa-basa Şimal Buzlu okeana gedən və qayıtmayan yazarının elmi əsərini bu adla oxuyacaq: “Buz üstündə seks”.

Nə vaxta qədər Azərbaycan qəzetçisi “çıxdı buz üstə qoçaq” taleyi yaşayacaq?

İndi oxucu özü dəqiqləşdirsin: kim haqlıdır, rus yumorist, lüt əyrimçə, yoxsa hamı?

 http://1937.az/view/1634#.UvXVCmJ_uE0

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma