Mədəniyyətimizi qoruyaq


Etibar SalmanlıSon günlərin ən çox müzakirə mövzusu “Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən III zirvə toplantısı oldu.
Müqavilənin şərtlərinə əsasən, Avropa ölkələrinə səyahət etmək üçün vacib olan “Şengen” vizasını daha rahat əldə edəcəyik. Bir müddət sonra isə Avropaya getmək üçün vizaya ehtiyacımız qalmayacaq.
Rusiyanın məşhur “Sizə viza tətbiq edərəm” hədə-qorxusunu nəzərə alsaq, Avropa Birliyinin bu jesti Azərbaycan üçün yaxşı perspektivdir.
Ancaq mən bu məsələyə bir az başqa rakursdan yanaşmaq istəyirəm. Avropa ilə aramızda olan “tikanlı məftillər” söküləndən sonra Qərbə böyük bir axın başlayacaq. İnsanlar Avropanın mədəniyyəti ilə tanış olacaq, ölkəyə gələndə özləri ilə nələrsə gətirəcək.
Hər zaman “Avropanın yaxşı tərəflərini götürüb pis tərəflərindən imtina edək” fikrini əldə bayraq etmişik. Əslində, düz də edirik. Avropalılar ən xırda mədəni, etik qaydaları şərqdən götürüblər. Şərq olmasa idi, inanın, avropadakılar  hələ də hamam-tualetlə tanış olmamışdılar. Tərin, kirin-pasın içində gəzirdilər.
Məsələn, Hollandiyanın “Qırmızı fənərlar küçəsində” baş verən hadisələri görən həmyerlimiz gəlib 7-ci mikrorayonda belə bir küçə təsis etsə və yaxud “Kofe shop”larda marixuana satıldığını görüb “Kubinka” ərazisində belə bir çay evi açsa, nə baş verəcəyini heç düşünmüsünüzmü? Məncə, heç də xoş hadisələr baş verməz.
Bizim özümüzə məxsus mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz var. Biz avtobusda özümüzdən yaşlı insanlara, qadınlara yer veririk. Hər zaman hörmətlərini saxlayırıq. Valideynlərimiz evə gələndə qabaqlarına çıxırıq. Dükan-bazarda əlində ağır zənbil olan adam görəndə qaçıb yardım etməyə çalışırıq. Avropalı anlamaz bunu!
Bizim xüsusi milli mətbəximiz var. Dolmamız, plovumuz, kababımız var. Avropalının “fast food”dan başqa nəyi var? Biz mədəniyyət baxımından Avropadan bir neçə köynək irəlidəyik. Məhz bu səbəbdən Avropanın ancaq və ancaq yaxşı şeylərini götürməliyik. Avropadan öyrənəsi çox az şeyimiz var.
Yazımın sonunda viza məsələsi gündəmdə olan vaxtlar yaxın dostumun başına gələn hadisəni sizlə paylaşmaq istərdim. Pərviz “Freeman” adlı dostumuz gecə 23:00 radələrində “5 mərtəbə” tərəfdə yerləşən yeraltı keçiddən keçərkən çiyni ilə yüngülcə 6 nəfərlik qrupun bir üzvünə toxunub. Dostumuz o an toxunuşa görə üzr istəyib, ancaq 6 nəfərlik heyət onu təhqir edib. Mübahisə qızışıb və keçiddən çıxaraq Akademik Milli Dram Teatrı tərəfdə davam edib. 6 nəfərlik qrup Pərvizi ölüncə döyüb, huşsuz vəziyyətdə tərk edib qaçıblar. Dostumuzu yoldan keçən taksi sürücülərindən biri xəstəxanaya aparıb.
Demək istədiyim odur ki, biz mədəni xalqın övladlarıyıq. Şengen, Şəngülüm söhbətləri boş şeydir!
Yazı “Gündəlik Teleqraf qazeti” və Teleqraf.com saytında dərc edilib.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma