Yol qeydləri IV və ya Avropa dağılır


Yol qeydləri IV ya Avropa dağılır
AzTV-nin Almaniyası Düsseldorf haqqında.

Dağılmaqda olan avropa Almaniya
Aztv-emiz nə zamandır axşam xəbərlərində Avropanın dağılma ərəfəsində olduğunu, iqtisadi krizisin eşiyində olduğlarını, tərbiyəsizliyin, ana-bacısızlığın baş alıb getdiyini tirajlayır. İnsan xəbərlərə baxıb dəhşətə gəlir ki, illərdir müharibələr bir-birindən dəhşətli siyasətçilərin, sərkədələr, alimlər, ixtiraçılar yetişdirən bir region nə günlərə düşüb. Qızım sənə deyirəm, gəlinim sən eşit məsələni əldə bayraq edərək avropanın bütün zir-zibilini ortalığa çıxaran ölkəmizin güzidə telekanalının yolunu bir blogger olaraq mən də getməyi qərarlaşdırdım və gəldim çıxdım Avropanın 25 milyonluq Almaniya adlanan ölkəsinə.
AzTV nələr deyib bilirəm, bilirik ancaq min dəfə eşitməkdən, tv-dən görməkdənsə bir dəfə çılpaq gözlə görmək lazımdır.
Düsseldorf torpağına ayağımı basdığım ilk andan aztv ilə böyümüş bir azərbaycanlı olaraq müşahidələrə başladım.
Müşahidələrimin sonunda belə nəticələrə gəldim.
Düsseldorf haqqında.
İnsanlar çox gülərüz və yardım sevəndirlər. Liftdə, marketdə, qapının ağzında gördükləri
anda səni salamlayırlar. O qədər gülərüzlüdürlər ki, avtomatik sən də gülümsəməyə məcbur olursan. Yoxsa Bakıda hamı çox nervinni və dəhşət ağırdı.
İntellektual nəqliyyat.
Sonra burda dəhşətli şəkildə nəqliyyat sistemi intellektləşdirilib. Bu intellekt bizim bildiyimiz intellektdən deyil ancaq qardaş. Mənim qədər yola, maşına, taksiyə, avtobusa, metroya həvəskar biri heç anlamadım bu intellektual sistemdən. İnanın bu sistemi əgər bizdə tətbiq etsələr ( ki, illərdir intellektual nəqliyyat sistemi qururuq deyə Nəqliyyat nazirliyi tumanını çəkib başına) hamımız yolda qalacayıq. Heç 7ci sinif təhsili olmayan sürücülərimiz belə avtobusu, qatara, hara, saat neçədə sürmək olduğunu anlamayacaqlar.
Almaniyada, Düsseldorfda intellektual nəqliyyat sistemini qurarkən piyadaları və velosiped sürənləri unutmayıblar. Bütün şəhər boyu velosiped sürənlər və piyadalar üçün xususi səkilər, işıqforlar qurulub. Velosiped sürənlər piyadalara, piyadalar da velo sürücülərə hörmət edirlər. Ancaq bizim kimi ölkələrdə hörmət rüşvət sözünün sinonimi olduğu bizdə keçməz bu söhbətlər.
Velosiped və motosikl şəhərin küçələrində həddən artıq çoxdu. Ancaq Amsterdamda olduğundan azdır sayları. Almanlar iri maşınlardan (jeep, prado, porşe, hummer) ancaq tarlalarda falan istifadə edirlər. Şəhərin küçələrində iri tonnajlı maşın çox az olaraq gözə çarpır. Hamı balaca maşınlardan istifadə edir.
Bir düşünün Bakının mərkəzində 28Mall və ya Park Bulvarın qarşısında hardasa 200-300 velosiped dayanıb. Siz bunu ancaq ümummilli Heydər Əliyev adına veloyürüşdə təsəvvür edərsiz. Ancaq mən bunu Düsseldorfun mərkəzi alış-veriş mərkəzinin qarşısında gördüm. Adını çəkdiyim veloyürüş zamanı bakının bütün mərkəzi yollarını bağlamışdılar 4-5 dənə dılğır velosürücünün hansısa tanınmamış, səviyyəsiz elə dılğır veloyürüşünə görə.  Ancaq burda hamının velosipedi var, hər gün də böyük əksəriyyəti yolda olur və yolları falan da bağlamırlar.
Düselledorf yazıb, yaratmalı şəhərdir. Həddən artıq sakitlik, həddən artıq gözəl, Reynin sahilində, xırda, balaca kanallar, göllər, parklar şəhəri.
Yenə də təsəvvür edin Bakının düz mərkəzində hansısa ümumilli heydər əliyev parkında gəzirsən, parkın ortasında iri bir göl də var, içində qu quşları,  qazlar, ördəklər üzür, dovşanlar kənarda qaçışırlar, insanlar da uzanıb kitab oxuyurlar, piknik edirlər. Üzr istəyirəm məlum yerinizi dağıtsaz (beyininizi demirəm) da təsəvvür edə bilməzsiz. Mümkün deyil bizdə belə bir şey. 12ci imam zühur də etsə, İsa yenidən doğulsa, hətta İsa Qəmbər ilə Əli Kərimli birləşsə də mümkün deyil.
Reyn kənarı həddən artıq gözəl bir yerdir. Bir tərəfdə bahalı restoran publarda oturub pivədən içib, pitzadan yeyən turistlər digər yanda isə otlar üzərində oturmuş evdə hazırladıqları sendviçləri marketdən aldıqları 3-4 litri 2-3 avroya olan pivədən bədənə vuran almanlar və gənclər. Çox gözəl mənzərədir. Mən ora çatan kimi pivəmi qucaqlayıb uzandım otlar üzərinə yüzillərdir Düsseldorfda yaşayan biri kimi.
Ancaq buranın da çatışmamazlıqları var. Şəhər həddən artıq sakit olduğundan insan darıxa bilər burda. Bircə Reyn sahili barlar, publar küçəsi səs-küylü olur. Siqaret çox bahadır ən ucuzu 4-5 avroya. Pivə isə ucuzdur. Hətta adi su, kola pivədən bahadır.
Bir məsələ də var. Düsseldorfda yaşayasan, hardasa işləyəsən. Axşam saat 6 da işin bitəndə velosipedinə minib evə gəlib bir az yemək yeyib, dincələsən sonra isə hər məhlənin tinində yerləşən Frankenheim publarının birinə gedib məhlə adamları ilə ikinci liqada oynayan “Düsseldorf FK”-nın oyununu müzakirə edəsiz pivədən içərək. Siqaret çəkmək istəyəndə çıxın pubun bayırında çəkib yenidən pubun içinə qayıdıb pivənin işığı ətrafında müzakirələrə davam edəsiz. Komandanız səfərə gedəndə avtobus tutub gedib başqa şəhərdə futbola baxasız.
Bu həyat rejimi üçün gözəl yerdi.
Mən Düselldorfu bəyəndim. Sakitliyini, gözəlliyini, təbiətini, insanlarını bəyəndim. Yerli əhali deyir ki, buralar qışda çox gözəl olur. Heçnə deyə bilmədim. Nə deyim ki, gələrik qışda görərik sonra danışarıq.
29 avqust 2013 Dağılmış Avropada hardasa.
Hamıya Uğurlar.
Etibar Salmanlı(Etibarlı)
Ps. Bu mənim avropadan mobil telefonumla bloqumda paylaşdığım 4-cü yazıdır. Yəqin ki, bir yazı Köln haqqında, bir yazı da Luksemburq city haqqında yazıb söhbəti bağlayacağam. 2-3 günə Bakıda görüşərik.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma