Hessenin Siddhartha-sına sözardı…


Herman Hesse – Siddhartha

Həftəyə 2-3 kitab oxuyuram son zamanlar. Fikirlərinə çox hörmət etdiyim bir insan təklif etdi ki, oxuduğum kitablar haqqında sonda 1-2 cümlə yazım bloquma. Çox gözəl təklif olduğundan razılaşdım. Əvvəllər yazmışdım kitablar haqqında ancaq indi biraz ayrı cür yazağacam. (OXU) Əsərə öz əlavələrimi fikirlərimi qeyd edəcəyəm yazılarımda. Sözün düzü Ovod haqqında yazıyla başlayacağdım ancaq ki, Siddhartha-ya nəsib oldu ilk yazı.

Kitabı Hacı Zeynallı-dan aldım yaxın biri üçün sonra  özüm də oxumağa qərar verdim. Ağır olacağını, gec oxuyacağımı düşünsəm də elə olmadı. Əsəri çox sürətli oxudum. Çox da xoşuma gəldi.

Hesse-nin Siddhartha-sı

Hesse bir brahman oğlunun öz daxilindəki səsi dinləyib öz həqiqətlərini axtarması barədədir. Siddhartha rahatlığı, var-dövləti əsərdə iki dəfə özündən kənarlaşdırır. Atasına əsərin əvvəlində verdiyi əzabi əsərin sonunda özü də yaşayır. Buddanın yanına könülsüz halda həqiqəti axtarmağa gedir ancaq əsərin sonunda özü Budda olur. Kurtizan qadını Kəmalə əsərin ortasında Budda,  Həqiqət axtarışında Siddhartha-ya 3-cü həyatı verir ancaq əsərin sonunda Buddanın yanına gedərkən Siddhartha-nın yanında vəfat edir. Dostu Qovinda əsərin ortasında Siddhartha-nı Buddanın yanına aparır və dostundan uzaqlaşıb Buddanın yanında qalır ancaq əsərin sonunda özünü həqiqət axtarışları Buddanın elə dostu Siddhartha olduğuna inandırır. 

Qısası əsər ümumilikdə düşündürməklə məşğul edir adamı.

Mənim Siddhartha-m vəya əlavələrim.

Əslinə baxanda Hesse sağ olsaydı və ona əlaqə qurmaq kimi şanslarım olsa idi bəzi suallarımı verərdim yazıçıya. Bir sıra niyələrimə aydınlıq gətirməyimi xahiş edərdim. Ancaq belə bir şansım olmadığımdan niyələrimi istəklərimi bloq yazıma əlavə edirəm. Yazını oxuyan izləyicilərimdən kim istəsə cavab verərlər.

Hesse əsəri, hadisələri yazıb ancaq bir çox hadisələri yarımçıq qoyub məsələn Siddhartha-nın atası haqqında məlumat oğulun evdən getdiyindən sonra kəsilir ailənin davamı haqqında heç bir məlumat vermir. Sonlarda Siddhartha-nın dilindən bildirir ki, atası onu gözlərkən vəfat edib ancaq tam məlumat deyil. Bəlkə yazar oxuyucunu əsərin məqsədi olaraq düşünməyə vadar etmək istəyib. Ancaq mənim fikrimcə bu qeyd edilməli idi bir abzasda.

Sonra Siddhartha-nın oğlu haqqında məlumat oğulun atanın yanında qaçması ilə sonlanır. Yenə də yazar oğlunun həyatını öz həyatı kimi olduğunu, səhvlərini, düzlərini axtarmağa getdiyini bildirir ancaq oxuyucular inanıram ki, Siddhartha-nın (Buddanın) oğlunun gələcək taleyi haqqında məlumat almaq istərdilər.

Hesse əsərdə Qovinda adlı bir başlıq yazıb. Ancaq Siddhartha-nın uşaqlıq, gənclik dostunun ümumi həyatı(Siddhartha-dan ayrılandan sonrakı həyatı) haqqında çox da lazımlı məlumat verməyib. Həqiqət daxildəki Atmanı axtarışı ilə həyatını keçirdiyini bildirir. Bunu bildirmək üçün Qovinda adı altında xususi hissə yazmağa ehtiyac yox idi mənim fikrimcə.

Sonda isə demək istərdim ki, Hesse gərək Siddhartha-nın həyatını uşaqlıq, gənclik hətta qocalıq dövrlərini dəqiqliklə təsvir etdiyinə görə ölüm anlarını da təsvir etməli idi. Şəxsən mən yazarın yerinə olsaydım elə edərdim. Deyə bilərsiz ki, əsərin əsas məqsədi düşünmək, səbr etməkdir oxucu düşünsün, səbr etsin. Vəya deyə bilərsiz ki, Hesse Siddhartha-nı müqəddəsləşdirir, kamilləşdirir ona görə oxucuda kədər yaratmaq, ümidlərin qırılmaması üçün qəhrəmanının ölümü təsvir etmir. Ancaq qeyd edim ki, əsərdə Siddhartha-nın həyatında əsas rol oynayan iki nəfərin ölüm səhnəsini təsvir edir. Özü də iki ölümü də bir hissəyə salır. Siddhartha-nın həyatını dəyişən Kəmalə oğlanın həyatını dəyişən Buddanın ölümünə tələsən zaman elə Siddhartha-nın qarşısında dünyasını dəyişir. Bunları edən Hesse ancaq Siddhartha-nın ölümünü təsvir etmir…

Ps. Əsərdən seçmə cümlələri bura yazmağa ehtiyac duymadım. Təklifim, məsləhətimdir ki, kitabı alıb oxuyasız.

Üzr istəyirəm ki, yazı bir az böyük alındı…

Sən canı girib yazmayın ki, Hesse haqqında nəsə yazmağa sənin yaşın çatmır.

Hamıya Uğurlar…

Bunu da oxu :

Hacı Zeynallının –  Siddhartha-sı

Xalid Hüseyninin Çərpələng uçuranından seçmələr 

Etibar Salmanlı(Etibarlı)

Hessenin Siddhartha-sına sözardı…” üçün 5 cavab

  1. Fikirlərin maraqlı idi. Kitabı oxuduğunçün təşəkkür edirəm. Hessenin digər əsərlərində də sənin dediyin o yarımçıqlara rast gəlirik. Hesse povestlərində bir hadisəni obrazlı şəkildə çox da təsvir eləmir. Əsərlərinin çoxunun avtobioqrafiq xarakter daşıdığından Siddharthanın Hesse olduğunu görürük, həqiqət axtarışında olan siddhartha presonajında Hessedir. Bunu Demianda da görürük. Babası Herman Hundert Sanskrit mədəniyyətini araşdırırmış, şərq fəlsəfəsinin bilicisi olub, hind dillərini və fəlsəfəsinin mükəmməl bilicisi olduğu üçün belə möhtəşəm əsərlər ortaya çıxarıb. Təbii Hesse də hind fəlsəfəsinin bilicisi olub. Adamın gərək valideyn baxımından da bəxti gətirə 🙂

  2. Fikirlərin maraqlı idi. Kitabı oxuduğunçün təşəkkür edirəm. Hessenin digər əsərlərində də sənin dediyin o yarımçıqlara rast gəlirik. Hesse povestlərində bir hadisəni obrazlı şəkildə çox da təsvir eləmir. Əsərlərinin çoxunun avtobioqrafiq xarakter daşıdığından Siddharthanın Hesse olduğunu görürük, həqiqət axtarışında olan siddhartha presonajında Hessedir. Bunu Demianda da görürük. Babası Herman Hundert Sanskrit mədəniyyətini araşdırırmış, şərq fəlsəfəsinin bilicisi olub, hind dillərini və fəlsəfəsinin mükəmməl bilicisi olduğu üçün belə möhtəşəm əsərlər ortaya çıxarıb. Təbii Hesse də hind fəlsəfəsinin bilicisi olub. Adamın gərək valideyn baxımından da bəxti gətirə 🙂

Bir şərh yazın