Analoqsuz ölkənin vətəndaşı


Son zamanlar ən çox müzakirə edilən sitatın müəllifi ümummilli liderin davamçısı, layiqli insan, zat-i ailələri, cənab prezident İlham Heydər oğlu, Əlirza nəvəsi Əliyevdir. Çox hörmətli prezidentimiz çıxışlarının birində : Azərbaycanın çox sürətlə inkişaf etdiyini, çoxlarının bizə bəlkə “bir az yavaşlayasız” məsləhətini verdiyini ancaq bizim dayanmaq kimi fikrimizin olmadığını – bildirdi.

Mən bir siravi azərbaycanlı olaraq ölkənin inkişaf etməsini istəyirəm. Ölkənin mənfisinə yazılan hər bir hərəkətə qarşıyam. Prezidentin dediyi “yavaşlamadan” inkişafın ən böyük dəstəkçisi də mənəm. Ancaq səmimi inkişafın, səmimi proqressin dəstəkçisiyəm.

Diqqətinizə çatdırıram səmimi inkişafın…

Bir məsələ ilə başınızı ağrıtmaq istəyirəm. 28 May metrosu ətrafındadır çalışdığım ofis. O zonada çox gəzirəm, gəzəndə də ətrafda olan hadisələrə,  insanlara fikir verirəm.

28may metrosunun ətraf küçələrində yaşayan 3 nəfər  bomj var.  Enjoyment mağazasının düz yanında biri həmişə oturur. Dəfələrlə səhərlər işə gedərkən fikir vermişəm. Hər zaman səkidə oturaraq ucuz Bakı arağını kola ilə qarışdırıb içir sonra isə yoldan keçənlərdən siqaret istəyir. Bir neçə dəfə siqaret vermişəm ona. Vətəndaşımız sürətli inkişafdan istifadə edərək orda həyatını keçirir və ona aidiyyatı qurumlardan fikir verən yoxdur  . (O insanın fotosunu heç cür çəkə bilmədim,  imkan vermədi şəklinin çəkilməsinə.)

Digər bir bomj isə “İctimai sektor” uşaqlarının çox oturduğu “Elite” digər adı ilə “Boçka”nın yanında olur. O da birinci həmkarı kimi əsasən əlinə keçən ilk yemək məmulatı ilə Bakının içində hər cür kimyəvi element olan arağı nuş edir. Sonra isə oralarda gəzərək növbəti arağın və siqaretin pulunu dilənir. Birinciyə nisbətən bu bomj dostumuz daha aqressivdir. Yoldan keçənlərdən ona araq, siqaret almasını tələb edir. Aqressiv olduğundan bu bomjun da fotosunu çəkə bilmədim.

Haqqında yazacağım sonuncu bomju isə, əsasən, 28 Mayın arxa küçələrində tapa bilərsiz. O, dediyim “Boçka” kafesindən bir küçə yuxarıda məskunlaşıb öz paltarları, əşyaları ilə. Mən onu əvvəllər fəvvarələr meydanı həndəvərində görürdüm. Orda skamyalar tərəfdə oturub sürətlə inkişaf edən xalqımızı müşahidə edirdi. Son zamanlar onu şəhərin meydanında görməməyə başladım. Düşünürdüm ki, Bakının iqlimində vəfat edib və ya polislər onu mərkəzdən uzaqlaşdırıblar ki, gənclərimizə, turistlərimizə, inkişafımıza pis örnək olmasın. Bu fikirlərlə dünən gəzərkən onu 28 Mayın arxa küçəsində yatmış şəkildə gördüm. Yanındakı torbalarda olan ərzağı, döşəkçəsi, yorğanı və digər əşyaları ilə birgə yolun kənarında yatmışdı. Kameram bel çantamda idi və  onu çıxarıb onun fotolarını çəkdim. Yanımdan keçən insanlar isə : “Onun zibillərini çək, buraları zibilliyə çevirib” – kimi ifadələr deyirdilər mənə.

Yaxınlıqda yerləşən dükanlardan birində çalışan bir dayıdan bu insan üçün hansısa orqana müraciət etdiklərini soruşduqda bir neçə dəfə polisə müraciət etdiklərini ancaq heç bir nəticəsinin olmadığını söylədi. Qeyd edim ki, həmsöhbət olduğum şəxs video müsahibə verməyə razı olmadı.

Nəisə .

Oradan uzaqlaşaraq 28 Mayda yerləşən Heydər Əliyev adına Respublika sarayının qarşısında yerləşən parkda oturub dincimi alanda ətrafdan keçən bahalı maşınlara, sevgili olan “xoşbəxt” cütlüklərə, deyib-gülən bibi və xalalara, qışqıra-qışqıra gəzən , əllərində bahalı İponelardə Üzeyirə qulaq asan qaqaşlara, fotosessiya edən qlamur civilərə və kameranın yaddaşında olan fotolara baxanda düşündüm ki, həqiqətən də biz çox sürətlə inkişaf edirik. O inkişafla kim ki, ayaqlaşa bilmir, inkişafdan kənarda qalır və bomja çevrilir. Bomjlar da heç kimin gözünə görünmür, “əşyalarından” və  “zibillərindən” başqa…

Fotolar özümə məxsusdur.

Etibar Salmanlı (Etibarlı)

 

PS. Yazı Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR)Azərbaycan nümayəndəliyi “Ən yaxşı bloq yazısı” nominasiyası üzrə müsabiqə üçün yazılmışdır.

About these ads

Analoqsuz ölkənin vətəndaşı” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s