Hər şey yaxşılığa doğru O-nunla…

Photo by Elkhan Alieff

Son zamanlar  qıraqdan özümə baxıram.

Özümdə ki, fərqi özüm hiss edirəm.

Düzdür hər zaman düşünmüşəm, xoşlamışam etdiyim hərəkətlər (düz vəya səhv) barəsində ətrafımdakı insanlar fikir bildirsin.

Tənqid vəya tərif etsinlər.

Hər ikisini çox sevirəm tənqidi sevirəm çünki onda daha yaxşı iş görməyə stimul yaranır məndə. Tərifi sevirəm ki, hansısa işi davam etdirməyə stimul verir mənə…

Ancaq indi qıraqdakı insanlardan nə düşünürsüz deyə soruşmuram hansısa məsələ ilə baqlı.

Ona görə ki, əsasən mən hərəkətlərimi kimlər nəsə deyir deyə etmirəm. Ürəyim istəyir, daxilim tələb edir deyə edirəm… Continue Reading

Yollarımıza xərclənən milyonlar…

Foto Pərviz Həsənova məxsusdur

Belə başlıqı olan yazılar əsasən rəqəmlərə statistikalara əsaslanan yazılar olur. Dəqiq rəqəmlər, statistik araşdırmalara falan söykənir yazı. Sözün düzü statistik məlumatları araşdırma yazılarından götürüb bura yazmaq imkanım var idi.

Sadəcə onu etmək istəmədim.

Ziyalılar forumunda iştirak edirdim. Orda iqtisadçı Qubad İbadoğlu maraqlı bir çıxış etdi. Çıxışında bir çox məsələlərə toxundu. Ancaq mənim beynimə onun bir cümləsi həkk edildi. Qubad bəy bir neçə ildən sonra neft/qaz ehtiyatlarımızın tükənəndə vəya azalanda bu yolların, keçidlərin, körpülərin təmiri bizim boynumuza düşəcək. Həqiqətən üzərində düşünələsi məsələdir bu yolların müəyyən zamandan sonra təmiri məsələsi. Neft gəlirlərinin fonunda bütünlüklə gücümüzü tikintiyə sərf edirik bu son illər. Continue Reading

Müdaxilə

Məsləhət qəbul eləyəcək bir tip deyiləm.

Heç məsləhət də vermirəm heçkimə…

Çünki hər həyat öz müəllifi üçün daha maraqlıdır.

Hər müəllif  bilir hər şeyin yaxşısını özü üçün…

Yəqin ki, müəlliflərdən yaxşısını bilmək kimi heç kimin şansı yoxdur. Continue Reading

Sevgililər gününün sonu…

14 fevrala aid yazı yazmaq fikrim var idi. Sadəcə, həmin gün haqqında deyilmiş yüzlərlə fikirdən sonra bu istəyimdən vaz keçmişdim.

Sırf insanların bu günü necə keçirdiyini bilmək üçün nəqliyyatda, parkda insanları müşahidə edirdim.

Səhər evdən çıxandan beynimdə “görəsən bu günü necə keçirirlər?” fikri ilə gəzirdim küçələrdə. Axşam evə qayıdanadək bir çox hadisənin şahidi oldum. Ancaq evə qayıdarkən avtobusda gördüklərim bu yazının yazılması üçün mənə kifayət qədər səbəb verdi.

Hər zaman gecə evə qayıdarkən avtobusdakılara fikir verirəm. Adətən qadınlar üstünlük təşkil edir avtobuslarda. Ancaq bu gün fikir verdim ki, avtobusda qadın çox azdır.

Yəqin ki, məlum “gün”lə bağlıdır. İşgüzar xanımlarımız bu günü ya sevdikləri ilə, ya da ki, istirahətlə keçirirlər.
Continue Reading

Bəyanat – Fısqırıq İnformasiya Agentliyi-ndən…

Azərbaycandakı gənclər təşkilatları da bəyanat verdilər – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən bəzi gənclər təşkilatları “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar birgə bəyanat veriblər.
Bəyanatda deyilir ki, bəzi Azərbaycanı gözü götürməyən dairələr, o cümlədən bir sıra ermənipərəst qüvvələr yeni bir çirkin kampaniyaya əl atıblar. Həmin dairələr ölkəmizdə baş tutacaq bu möhtəşəm tədbirə kölgə salmaq, bununla yanaşı, Azərbaycanın siyasi imicinə xələl yetirmək üçün səfərbər olunublar. Biz bəyan edirik ki, “Eurovision” musiqi yarışmasına otveçatıq! Onun tükünə zərər gəlsə, ana-bacı söhbətini bir kənara qoyub, həmin dairələri kvadrat şəklinə salarıq! Lazım gəlsə “Eurovision” qeyd olunacağı günlərdə “Gey Parad”da da iştirak edəcəyik! Təki cənab, zatı-aliləri İlham Əliyev və onun möhtərəm xanımı Mehriban Əliyeva var olsun! Təki bizim Qarabağ boyda dərdimiz unudulmasın və davam etsin! Təki Azərbaycanın İlhamlı səsi bütün dünyaya yayılsın! Əks təqdirdə yenə qeyd edirik ki, həmin dairələrin başında təsbeh sındırarıq!
Continue Reading

Ad günü üçün təbrik…

Bunu mənə çox sevdiyim bir insan yazıb. Fərqli bir təbrikdir…
Təbrik deyirəmee sizə…
Çox saq ol birdənəsən! Çox sevirəm səni…

Ad gününü xususi təbrik etmək istədim, amma hamı kimi saat 12-ni keçən kimi yazmaq istəmədim, əksine saat 23:59-da yazmaq istədim, hamı kimi walına deyil, şəxsi yazmaq istədim.
Səni cox az vaxtdıki tanıyıram. O gün, o party günü yadıma dumanlı gəlir. Orda oynayan yerdə qabağıma necə çıxdın xatırlamıram. Yadıma gələn böyründə köynəyi bağlamışdın, onunla oynayırdım, dedinki köynəyimlə oynama. Vecimə də olmadı , içkiliydim)) Orda səninlə  medlenno oynadım…
You are beautiful – mahnısına…
Yadıma gələn anlardan biri də, tər suyun içində idin, saçların burulmuşdu…
Adini soruşmağım da yadımdadı…
Etibar Salmanlı olduğunu biləndə həyəcanlanmağım da, narahat olmağım da…
Narahat oldum çünki o vaxta qədər mənim üçün təsadufi insan idin, amma kim olduğunu biləndə utandım hərəkətimdən.
Ordakı məqsədimi bilirsən də…
Bizi evə yola salmağı mən xahiş etdim, razılıq verdin , onda bildim ki adamı pis vəziyyətdə qoymayacaqsan sən…
Orda oynayanda yıxılan kimi olurdum  amma vəziyyətdən qətiyyən istifadə etmədin, onda da bildimki sənə etibar etmək olar…
Şişmə…)))
Nəisə tanışliğımız normal oldu, çünki çoxları party-lərdə tanış olur…
Nəisə də, çox uzatmayım. Continue Reading

Bəxtiyarın təbriki…

Əslinə qalanda yolda idim bayaq evə gəlirdim.
Facebook-da/Twitter-də 900-dən çox təbrik mesajını oxumuşdum.
Telefonuma gələn təbrik mesajları, təbrik zəngləri vəya şəxsən görüşüb təbriklər.
Heç gözləmədiyim bir təbriki oxudum evə çatanda…
Gözləmirdim.
Ağlımın heç bir tərəfində olmazdı ki, vicdan məhbusu Bəxtiyar Hacıyev həbsxanada  ad günüm üçün məktub yazar.
Mən o diqqəti görüb çox utandım.
Özümü pis hiss etdim. Mən azadlıqda Bəxtiyar içəridə.
Mən Bəxtiyarın yadında…
Çox saq ol deyirəm sənə…
Bu yazını azadlıqda oxumağını arzu edirəm yol yoldaşım…
Tezliklə görüşmək  ümidi ilə… 

Uzaqlardan , uzaqlara…

Gözlərimi yumub oturub düşünmək istədiyin vaxtlar olub əminəm.

Sən bunu edə bilmisən ya yox bilmirəm ancaq ki, bilirəm ki, sənə lazımdır bu.

Sən bəzən özündə olmayanda sevdiklərini incidə bilərsən, anlamamaları normaldır.
Anlayanları uzaqlaşdırmağın da normaldır. Ancaq düzdür ya yox ? Onu dəqiq bilmirəm.

Kiminsə hirsini kimdənsə çıxarmağın da düzdür ya yox onu da bilmirəm.
Sən irəliyə doğru gedirsən, bəlkə arxanda insanlar da var.
Bəlkə insanlar sənin arxanca gəlmir.
İnsanlar sənin ideyan, məqsədinə görə arxanca gəlirlər.
Sən səhradan keçirsən, heçkimin olmadığı səhradan.
Hansı ki o səhrada heç bir təhlükə yoxdur. Continue Reading